Əli Həsənov İrana gedir
21 noyabr 2014 19:17 (UTC +04:00)

Əli Həsənov İrana gedir

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.


 

Komitədən APA-ya verilən məlumata görə, görüşdə İranla Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın xalqların mənafeyi çərçivəsində daha da inkişaf etdirilməsi məqsədilə İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında Ə. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin 23-27 noyabr tarixlərində İrana həyata keçiriləcək rəsmi səfəri ilə bağlı müzakirələr aparıb.


Ə. Həsənov bildirib ki, hər iki ölkə və xalqlar arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl qardaşlıq və dostluq münasibətlərinin nümunəsinə çevrilib. O bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi bu gün Azərbaycan xalqının ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu söyləyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar