Əli Həsənov: “Minsk qrupu fəaliyyətində dönüş yaratmalıdır”
11 iyul 2014 18:05 (UTC +04:00)

Əli Həsənov: “Minsk qrupu fəaliyyətində dönüş yaratmalıdır”

0

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Baş nazirin müavini bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də ABŞ-ın Azərbaycandakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib, bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.

 

Baş nazirin müavini münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin və fəaliyyətlərində dönüş yaradılmasının vacibliyini vurğulayıb.

 


Qəbulda həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar