Əli Əhmədov: “Prezident seçkiləri İlham Əliyevin növbəti böyük qələbəsi olacaq”
24 dekabr 2012 15:38 (UTC +04:00)

Əli Əhmədov: “Prezident seçkiləri İlham Əliyevin növbəti böyük qələbəsi olacaq”

0

“Azərbaycan 2013-cü ilə indiyədək qazandığımız uğurlar əsasında daxil olur”. Lent.az-ın yap.org.az saytına istinadən verdiyi məlumata görə,  bu fikirləri YAP sədr müavini-icra katibi Əli Əhmədov deyib. 
 

2013-cü ilin Azərbaycanda növbəti prezident seçkiləri ili olacağını deyən Əli Əhmədov bildirib ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin ümumi rəyi artıq qəti şəkildə ifadə edilməkdədir. Onun sözlərinə görə, həm YAP, həm də bütün Azərbaycan xalqı 2013-cü il prezident seçkilərində özünün yeganə namizədi kimi cənab İlham Əliyevi görür.
“Hesab edirəm ki, belə bir rəyin qəti şəkildə formalaşmasının ciddi əsasları var.

 

Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçib, iqtisadiyyatımız sürətlə inkişaf edib, bu illər ərzində beynləxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazanıb. Ölkəmizinin beynəlxalq aləmdə nüfuzunun artması, mövqelərinin güclənməsi, çox əhəmiyyətli beynəlxalq layihələrdə Azərbaycanın həlledici iştirakçı kimi çıxış etməsi və s. addımlar vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətini formalaşdırıb”- deyə, YAP-ın İcra katibi bildirib. 
 

Əli Əhmədov qeyd edib ki, bu münasibət qəti şəkildə Azərbaycan vətəndaşlarının 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi ilə əlaqədar mövqeyini formalaşdırıb.

 

Onun sözlərinə görə, Azərbaycan xalqının mövqeyi bundan ibarətdir ki, Prezident İlham Əliyevin növbəti beş ildə ölkəmizə başçılıq etməsi ötən illər ərzində Onun rəhbərliyi ilə sürətli inkişafımızın növbəti beş ildə də davam etməsi deməkdir: “Bütün bunlara görə, Azərbaycan vətəndaşları növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini qəti şəkildə özləri üçün müəyyən ediblər. İnanıram ki, 2013-cü ilin prezident seçkiləri Azərbaycan vətəndaşlarının yüksək fəallığı ilə, demokratik abı-havada keçiriləcək. Hesab edirəm ki, bu seçki Yeni Azərbaycan Partiyasının və partiyamızın sədri İlham Əliyevin növbəti böyük qələbəsi olacaq. Eyni zamanda, bu seçki bütövlükdə xalqımızın qələbəsi kimi 2013-cü ilin siyasi tarixinin səhifəsi kimi yadda qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 978

Oxşar yazılar