“El Hərəkatı onsuz da fəaliyyət göstərmirdi. Mən də özümü hazırda “El” Hərəkatında görmürəm, ona görə də “El” Hərəkatından uzaqlaşdım”.
Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sabiq sədri Eldəniz Quliyev söyləyib.
E. Quliyev bildirib ki, “El” Hərəkatından uzaqlaşmasında səhhəti, məhkəmə çəkişmələri, Milli Şurada, Ziyalılar Birliyində fəaliyyət göstərməsi də müəyyən rol oynayıb: “Mən vaxt baxımından da faktiki olaraq çatdıra bilmirdim və bu səbəblər də “El” Hərəkatından uzaqlaşmağımda öz rolunu oynadı”.
“El” Hərəkatının sədri Eldar Namazov isə APA-ya açıqlamasında bildirib ki, E. Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayır. O deyib ki, hazırda ölkə xaricində olduğu üçün E. Quliyevin istefasına ölkəyə qayıtdıqdan sonra geniş münasibət bildirəcək.