“El” Hərəkatının daha bir üzvü Baş Prokurorluğa çağırılıb. AzNews.az-ın məlumatına görə, bu dəfə Baş Prokurorluğa Hərəkatın sədri Eldar Namazovun müavinlərindən biri – Köçəri Nağıbəyli dəvət edilib.
K.Nağıbəyli bu gün saat 14:00-da Baş Prokurorluqda olmalıdır.
Qeyd edək ki, dünən də “El”in sədri Eldar Namazov Baş Prokurorluğa çağırılmış və 4 saat ifadə vermişdi. “El”çilər Hərəkatın sabiq üzvü Əflan İbrahimbəyovun mətbuata verdiyi açıqlamalarla bağlı dindirilir. Xatırladaq ki, Ə.İbrahimov E.Namazovun və AXCP sədri Əli Kərimlinin ölkədə iğtişaş törətmək niyyətində olduqları ilə bağlı mətbuata açıqlamalar verib.