Eks-prezidentlər Nizami Gəncəvi mərkəzində oldular
26 sentyabr 2014 16:10 (UTC +04:00)

Eks-prezidentlər Nizami Gəncəvi mərkəzində oldular

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Nyu-Yorkda Gürcüstan və Finlandiyanın eks-prezidentləri Mixail Saakaşvili və Tarya Halonenlə görüşüb. Lent.az-ın məlumatına görə, görüş 2015-ci ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili ilə görüşdə növbəti foruma hazırlıq məsələləri, tədbirdə müzakirəyə çıxarılacaq qlobal problemlər, həmçinin təşkilatın fəaliyyəti, həyata keçirilən layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Helsinki Aktının 40 illiyi ərəfəsinə təsadüf edəcək  III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyəti xüsusi vurğulanıb.

Gələn il keçiriləcək növbəti Foruma hazırlıqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonenlə də müzakirə olunub.

Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur.

Forumda nüfuzlu siyasi xadimlər, elm adamları, ekspertlər dünyanı narahat edən qlobal məsələləri müzakirə edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912
avatar

Oxşar yazılar