Dünya liderləri prezident İlham Əliyevi təbrik edir
22 dekabr 2014 19:56 (UTC +04:00)

Dünya liderləri prezident İlham Əliyevi təbrik edir

0

Türkiyənin Baş naziri Əhməd Davudoğlu prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, təbrik məktubunda deyilir:

 

"Hörmətli cənab Prezident, 

Sizi doğum gününüz münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əlaqələrimizin bugünkü strateji müttəfiqlik səviyyəsinə çatmasında Zati-alinizin dəyərli töhfələrinin oynadığı rolun əhəmiyyətini yüksək qiymətləndirdiyimizi ifadə etmək istəyirəm. Eyni zamanda, geniş dünyagörüşünüz və müdrik liderliyiniz sayəsində qardaş Azərbaycanın sürətlə inkişaf etdiyini, həm beynəlxalq aləmdə, həm də regionda getdikcə daha qüdrətli söz sahibinə çevrilməsini görməkdən çox məmnunuq.

Eyni zamanda, 2015-ci il yanvarın 15-də ölkəmizə edəcəyiniz səfər zamanı Zati-aliniz ilə görüşməkdən şad olacağam.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə ən səmimi arzularımı ifadə edirəm".

 

İordaniyanın Kralı II Abdullah İbn Əl-Hüseyn də prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Kralın məktubunda deyilir:


"Zati-aliləri,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və arzularımı Sizə çatdırmaq mənim üçün çox xoşdur.

Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edin".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar