Dövlət Komitəsində <span style="color:red;">MÜŞAVİRƏ : dini vəziyyət müzakirə edildi
20 sentyabr 2014 12:32 (UTC +04:00)

Dövlət Komitəsində MÜŞAVİRƏ: dini vəziyyət müzakirə edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
 
 
Tədbiri açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkədə dövlət-din müasibətlərindən danışaraq qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından bu cür müşavirələr xüsusi əhəmiyyət kəsb edir. M. Qurbanlı Azərbaycanda mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə prezidenti tərəfindən bu ənənələrin daim qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.
 
 
Gündəliyə uyğun olaraq əvvəlcə Dövlət Komitəsinin bölgə şöbə müdirlərinin hesabat məruzələri dinlənilib. Məruzələrdə bölgələrdəki  dini durum, DQİDK-nın yerli şöbələri tərəfindən keçirilən tədbirlər haqqında məlumat verilib. Qeyd edilib ki, son günlərdə yas mərasimləri ilə bağlı tövsiyyələr regionlarda əhali tərəfindən rəğbətlə qarşılanıb. Rayonlarda tövsiyələrə uyğun olaraq mərasimlərdə israfçılıq halları azalıb.
 
 
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1190

Oxşar yazılar