Dini Komitə UNECO ilə birgə beynəlxalq tədbir keçiricəcək
14 noyabr 2014 12:12 (UTC +04:00)

Dini Komitə UNECO ilə birgə beynəlxalq tədbir keçiricəcək

Noyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək. 


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Komitənin UNESCO ilə birgə təşkil edəcəyi bu konfranslarda müxtəlif ölkələrdən din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, beynəlxalq QHT-lərin rəhbərləri, ölkəmizin Fransadakı səfirliyinin, UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçiləri iştirak edəcəklər.

Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov konfranslara qatılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar