Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son günlər elektron mediada Məhərrəm ayı, xüsusilə Aşura günü ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından yayılan fikirlərə aydınlıq gətirib. Qurumdan Lent.az-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin [email protected] adında elektron poçt ünvanı yoxdur və bu ünvandan media qurumlarına göndərilən elektron məktublar Dövlət Komitəsinə aid deyil.
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti və konkret məsələlərlə bağlı mövqeyi barədə informasiyalar Komitənin rəsmi internet saytından – www.scwra.gov.az və Mətbuat Katibinin elektron ünvanından - [email protected] yayılır. Media qurumlarından xahiş olunur ki, digər elektron ünvanlardan daxil olan və mənbəyi məlum olmayan məlumatları Komitənin mətbuat xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur”.
Komitədən o da bildirib ki, DQİDK tərəfindən müvafiq araşdırma aparılır və məsələ ilə bağlı zəruri tədbirlər görüləcək.