Nizami Gəncəvi mərkəzi keçmiş prezidentləri bir araya gətirəcək
07 avqust 2014 13:31 (UTC +04:00)

Nizami Gəncəvi mərkəzi keçmiş prezidentləri bir araya gətirəcək

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu bu ilin 4-7 sentyabr tarixlərində Andorrada Ali Səviyyəli Təşəbbüsün əsasının qoyulması üçün xüsusi toplantı təşkil edəcək. Lent.az-ın xəbərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaydığı məlumatda toplantının Avropada mövcud olan qeyri-sabitlik və münaqişələr, qərarvermə və nizamlama prosedurlarındakı problemlərin həll olunması ilə bağlı keçirildiyi deyilir.

Toplantının məqsədi eyni zamanda, dondurulmuş münaqişələrin həlli istiqamətində fəallığın artırılması, habelə yaranmaqda olan münaqişələrin qarşısının innovativ metodların tədbiqi ilə alınmasıdır.
 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun təşəbbüsü Helsinki Yekun Bəyənnaməsinin 40 illiyinə təsadüf edir və bu tədbirin həyata keçirilməsi ilə Yeni Avropanın Paris Əsasnaməsi (1991), Avropa Təhlükəsizliyi üzrə İstanbul Nizamnaməsi (1999) və Astana Sammitinin Bəyənnaməsindən (2010) sonra daha geniş Avropa məkanı anlayışında təhlükəsizlik və stabilliyin bərpa olunması üçün mühüm addımlar atılacaq.

 

Toplantıda Helsinki Yekun Aktına aid olan ölkələrin nüfuzlu ictimai-siyasi xadimləri - Latviyanın sabiq prezidenti Vaira Vike-Freyberqa, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku iştirak edəcək.

 

Tədbirdə həmçinin Bolqarıstanda sabiq prezidenti Petar Stoyanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Finlandiyanın sabiq prezidenti Tarja Halonenin də iştirakı gözlənilir.

 

Bu tədbir 2015-ci il Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq üçün ilk toplantıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar