Deputatlarımız İstanbula gedir
18 oktyabr 2014 13:03 (UTC +04:00)

Deputatlarımız İstanbula gedir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev və nümayəndə heyətinin üzvü Musa Quliyev oktyabrın 19-da İstanbula gedəcək. Lent.az-ın Milli Məclisə istinadən verdiyi məlumata görə, azərbaycanlı millət vəkilləri burada təşkilatın Daimi Komitəsinin üzvləri ilə qurumun rəhbər şəxsləri arasında keçiriləcək birgə görüşdə iştirak edəcəklər.

 

Toplantıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi arasında əlaqələrin genişləndirilməsi, gələcək fəaliyyət istiqamətləri, birgə tədbirlərin  təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
 

Səfər oktyabrın 21-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar