Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat İsa Həbibbəylinin oğluna yüksək vəzifə verilib.
Lent.az-ın SİA-ya istinadən xəbərinə görə, Həbibbəyli Ərəstü İsa oğlu Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl o, xarici əlaqələr şöbəsinin analitik informasiya sektorunun müdiri olub. I dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyır, 2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ə.Həbibbəyli iqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3 kitab və xarici siyasətin müxtəlif aktual sahəsinə dair onlarla elmi, publisistik məqalələrin müəllifidir.