Daha bir tanınmış şəxs Müsavat Partiyasından istefa verib
03 fevral 2015 17:26 (UTC +04:00)

Daha bir tanınmış şəxs Müsavat Partiyasından istefa verib

Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib.

 

APA-nın xəbərinə görə, Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün “Facebook” səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb.

 

O, apardığı Müsavat Partiyasının yarıtmaz siyasətə etiraz əlaməti olaraq Musavat partiyası sıralarından istefa verdiyini bildirib: “Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar