Cocuq Mərcanlı sakinləri kəndlərinə qayıtmağa başlayıblar
05 iyul 2017 16:31 (UTC +04:00)

Cocuq Mərcanlı sakinləri kəndlərinə qayıtmağa başlayıblar

0
Bu gün Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində salınmış yeni qəsəbəyə 4 ailə köçürülüb.
 
APA-nın Qarabağ bürosunun məlumatına görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 ailə yola salınıb.
 
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlıda 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Yeni salınmış qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar