Ceyms Uorlik: “Paris görüşü bizi sülhə yaxınlaşdıracaq”
27 oktyabr 2014 11:14 (UTC +04:00)

Ceyms Uorlik: “Paris görüşü bizi sülhə yaxınlaşdıracaq”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib.

 

APA-nın məlumatına görə, bu barədə o “Tvitter” mikrobloqunda bildirib.

 

C. Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb.

 

“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, - deyə diplomat yazıb.

 

Qeyd edək ki, prezidentlərin görüşü bu günə nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460
avatar

Oxşar yazılar