APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
“Dialoq sülh prosesinin vacib bir hissəsidir” - deyə o, qeyd edib.
Xatırladaq ki, ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü baş tutmayıb.