“Milli Şura Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı qərarını bu həftə açıqlayacaq”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.
C. Həsənli seçkidə iştrak etməmə ehtimalının da mümkünlüyünü bildirib: “Hər halda mən bu seçkilərdə iştirak etməyəcəyəm. Mənimlə bağlı məsələ aydındır. Milli Şuranın seçki ilə bağlı qərarı isə bu həftə məlum olacaq”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.