Cəbhəyanı bölgələrdə 1420 partlamamış hərbi sursat aşkar edilib
13 may 2016 19:43 (UTC +04:00)

Cəbhəyanı bölgələrdə 1420 partlamamış hərbi sursat aşkar edilib

0

ANAMA bu gün Agentlik tərəfindən Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tərtər rayonunun Ağkənd kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilmiş, 14 000 kv. m ərazi, Qazyan kəndində 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 10 000 kv. m ərazi , Qaynaq kəndi - 3 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilb və 600 kv. m ərazi  yoxlanılıb.

Bununla gün ərzində 5 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 24 600 kv. m ərazi yoxlanılıb.

 

Bundan başqa, bu gün ərzində Ağdam rayonu Çəmənli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 5 000 kv. ərazi qəlpələrdən təmizlənib,  heç bir PHS aşkar olunmayıb.

Cəmi 1 əkin sahəsində 1 partlayış yeri aşkar edilmiş və 5 000 kv.m ərazi təmizlənib.

 

Füzuli rayonunda isə Şükürbəyli kəndində  2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib,  420 kv.m ərazi qəlpələrdən təmizlənib, PHS aşkar olunmayıb.

Beləliklə cəmi 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilmiş və 420 kv. m ərazi təmizlənib.

 

 

Məlumatda qeyd edilir ki, gün ərzində ümumilikdə  5 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 15 partlayış yerinə baxış keçirilib, gün ərzində 30 020 kv. m ərazi təmizlənib.

 

Son olaraq qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 13 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 474 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hal-hazırda Agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar