Cavad Zərif təhlükəsizlik məsələlərinə diqqət çəkib
13 iyul 2016 10:48 (UTC +04:00)

Cavad Zərif təhlükəsizlik məsələlərinə diqqət çəkib

“İran Xəzər dənizinin sektorlara ədalətli şəkildə bölünməsinin tərəfdarıdır”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Cavad Zərif Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Astanada keçirilən görüşündə çıxışı zamanı deyib. O bildirib ki, sektorların bölünməsi sahil dövlətləri arasında əsas mübahisəli məsələlərdən biridir: “Bununla bağlı ədalətli nəticələrin əldə edilməsi məqsədilə ölkələrin xüsusi coğrafi mövqeyi nəzərə alınmalıdır”.

 

Ə. C. Zərifin sözlərinə görə, hüquqi rejim bütün Xəzəryanı dövlətlərin maraqlarını təminat altına almalıdır. O, təhlükəsizlik məsələlərinə də diqqət çəkib: “Təhlükəsizlik, şəffaflıq, dənizin sülh məqsədləri ilə istifadəsi, silahlanma yarışından imtina, təhdidlərə qarşı birgə mübarizə kimi elementlər regionda stabilik və sülhü təmin edəcək”.

 

son

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

APA Baycan

Oxşar yazılar