Butros Qaliyə Nizami Gəncəvi mükafatı təqdim olundu
02 sentyabr 2014 11:42 (UTC +04:00)

Butros Qaliyə Nizami Gəncəvi mükafatı təqdim olundu

 

Parisdə, YUNESKO-nun mərkəzi qərargahında Birləşmiş Millətlər Təşkilatının 6-cı Baş Katibi Butros Butros Qali ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov arasında görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş qurumun iki illiyi ilə əlaqədar gerçəkləşən layihə çərçivəsində baş tutub və mərkəzin fəxri üzvü olan Butros Qaliyə təşkilatın təsis etdiyi Nizami Gəncəvi mükafatı təqdim olunub. Qeyd edək ki, Nizami Gəncəvi mükafatı daha öncə sabiq prezidentlər Bill Klinton, Vayra Vike-Frayberqa, Tarya Halonen, Süleyman Dəmirəl, Şahzadə Nur, Şahzadə Silvio, ABŞ-da Hillari Klinton administrasiyasının rəhbəri olmuş Melani Ververə təqdim olunub.

 

Butros Qali ilə gələn il Bakıda keçiriləcək və özünün də iştirak edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub və Forumla əlaqədar sentyabrın 4-7-də Andorrada keçiriləcək toplantıya dair fikir mübadiləsi aparılıb. O bildirib ki, “Avropada etimadın bərpa olunması” mövzusunda müzakirələrin aparılması bu gün Avropada münaqişələr, gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.

Qeyd edək ki, Andorrada keçiriləcək toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə  Madrid Klubunun rəhbərliyi və üzvlərinin iştirakı nəzərdə tutulub. Onların arasında Vayra Vike-Frayberqa, İsmail Serageldin, Boris Tadiç, Mixail Saakaşvili, Recep Meydani, Viktor Yuşenko, Hikmet Çətin və digər sabiq dövlət və hökumət başçıları var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar