Müsavat Partiyasının gənclər təşkilatına sabah seçkilər keçiriləcək.
Lent.az-ın xəbərinə görə, sabah Müsavat Gənclər Təşkilatına (MGT) müvəqqəti sədrlik üçün səsvermə keçiriləcək. Bu gün isə MGT-yə müvəqqəti sədrliyi həyata keçirmək üçün xanım müsavatçı Səma Qabulovanın namizədliyi irəli sürülüb. Bununla bağlı səsvermə sabah keçiriləcək.
Qeyd edək ki, bundan MGT-nin sədri olmuş Əhliman Abbas oktyabrın 12-də vəzifəsindən və partiyadan istefa verməsi barədə bəyanat yayıb. O, Arif Hacılının Müsavat başqanı olmasına etiraz edib və onunla birgə fəaliyyət göstərməsinin mümkünsüzlüyünü qeyd edib.