Türkiyəyə müalicəyə göndərilmiş yaralı Azərbaycan əsgəri Elvin Əsgərov TRT-nin Bakı bürosunun rəhbəri Əmrah Timurçinə müsahibəsində yalnız qisas hissi ilə yaşadığını bildirib. O deyib ki, arzusu yenidən sağalıb, döyüşə qayıtmaq və düşməndən qisas almaqdır.
"Mən fəxr edirəm ki, Vətənimi qoruyarkən yaralanmışam" deyən E. Əsgərov göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, son günlər cəbhə xəttində erməni silahlı qüvvələrinin hücumunu dəf edərkən yaralanmış əsgərlərimizdən üçü müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.
qafqazinfo.az