Növbəti nəticəsiz danışıq….
07 noyabr 2014 11:26 (UTC +04:00)

Növbəti nəticəsiz danışıq….

 
20 ildən artıq tarixi əhatə edən Dağlıq Qarabağ müharibəsi bu gün də Ermənistanın qərəzli mövqeyi Azərbaycan Respubikasının ən ağrılı problemi olaraq qalmaqdadır. Bu problem Azərbaycan torpaqlarının 20 %-ni itirməsiylə xronikiləşən regional problem olmaqdan keçərək beynəlxalq xüsusiyyət qazanmışdır. Bu gün üçün Ermənistan və Azərbaycan strateji inkişaf baxımından regionda müqayisə olunmaz bir səviyyədədir. Staqnasiya dövrü yaşayan Ermənistan irrasional siyasətinin gələcəyindən xəbərsiz şəkildə destruktiv addımlarından əl çəkmir. Tərəflər bir neçə dəfə istər dövlət başçıları, istərsə də hökumət nümayəndələri simasında  Qarabağ problemini həll etmək məqsədilə toplaşsalar da heç bir irəliləmə əldə olunmamışdır. Artıq neçə illərdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli tərəfdarı olduğunu bəyan etmiş, bunun üçün hər iki dövlət rəsmilərinin intensiv görüşlərinin zəruriliyini əsaslandırmışdır. Lakin erməni rəsmilərinin sərgilədiyi qeyri-konstruktiv mövqe, münaqişənin həlli istiqamətində heç bir təşəbbüs göstərməməsi baş tutan görüşlərin “faydasızlığı” ilə yadda qalmışdır. 27 oktyabr tarixində Parisdə ATƏT-in Minsk qrupu üzvü Fransanın təşkilatçılığı ilə baş tutan görüşdə də nəticəsizlik yenə özünü göstərir.
Münaqişənin əsas açar dövləti hesab edilən Rusiya son zamanlar daha çox passiv mövqedə dayanır. Buna səbəb də Şimal ayısının faktiki olaraq Qərblə müharibə vəziyyətində olması, hal-hazırda özü üçün daha mühüm əhəmiyyət kəsb edən Ukraynaya başının qarışmasıdır. Hətta vassal Ermənistan belə Rusiya üçün arxa plana keçmişdir. Belə bir vəziyyətdə isə Ermənistanın yeganə çıxış yolu münaqişənin həllinə nail olunması istiqamətində əməli addım atmasıdır. Belə ki,  iqtisadi, siyasi çöküş yaşayan dövlət Rusiyasız özünü idarə edə biləcək gücə malik deyildir. Yalnız Cənubi Qafqazda sülhə nail olmaqla Azərbaycanın reallaşdırdığı çoxsaylı layihələrdən yararlanmaq imkanı qazanaraq Ermənistan faktiki müstəmləkəçiliyinə son qoya bilər. 31 oktyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa səfərində də müzakirə olunan Qarabağ problemi tərəflərin tezliklə razılığa gəlməsinin vacibliyini təsdiqlədi.
Azərbaycanın rasional yanaşma tərzi isə müharibə alternativini inkar etmir. Bu Azərbaycanın birmənalı qəbul etdiyi yoldur: Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin mövcudluğuna imkan verilməyəcəkdir. Bu səbəbdən də əgər danışıqlar öz nəticəsizliyini göstərsə müharibə variantı da istisna olunmur və bəyan olunur.
Nailə Məmmədova
“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar