Böyük Britaniyanın enerji naziri: [b]“Azərbaycanı dəstəkləyirik”[/b]
10 iyul 2014 14:12 (UTC +04:00)

Böyük Britaniyanın enerji naziri: [b]“Azərbaycanı dəstəkləyirik”[/b]

0

Maykl Fallon: “Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli enerji təhlükəsizliyi üçün də vacibdir”


 

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın mövqeyi aydındır. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Bu, enerji təhlükəsizliyi üçün də vacibdir”.

 

APA-nın məlumatına görə, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon (Michael Fallon) deyib.

 

M. Fallon xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur: “Biz istərdik ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini daha da artırsın və danışıqlar prosesi tezliklə müsbət nəticə versin”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 603

Oxşar yazılar