Birinci vitse-prezident Vayra Vike-Freyberqa ilə görüşüb
16 mart 2017 14:09 (UTC +04:00)

Birinci vitse-prezident Vayra Vike-Freyberqa ilə görüşüb

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.
APA-nın xəbərinə görə, Vayra Vike-Freyberqanı yenidən ölkəmizdə görməkdən şad olduğunu bildirən birinci vitse-prezident “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib,  Bakı Forumunun artıq qlobal platformaya çevrildiyini deyib. 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Mehriban Əliyeva bu mərkəzin Azərbaycanı dünyada tanıtmaq baxımından rolunu vurğulayıb və ölkəmizin bundan sonra da mərkəzin fəaliyyətinin genişləndirilməsinə dəstəyini verməyə hazır olduğunu söyləyib.
Vayra Vike-Freyberqa həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin daha geniş platformada təbliğində, təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzvlərinin sayının artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Qlobal Bakı Forumunun proqramları ildən-ilə daha da genişlənir və bu, Azərbaycanın xaricdə daha yaxşı tanıdılması işinə xidmət edir.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbriklərini çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

APA Baycan

Oxşar yazılar