Beyləqan rayonuna 4 milyon manat ayrıldı - YENİLƏNİB
29 avqust 2014 19:03 (UTC +04:00)

Beyləqan rayonuna 4 milyon manat ayrıldı - YENİLƏNİB



Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Lent.az-ın məlumatına görə, bu barədə dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. 
Sərəncama əsasən, Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Dövlət başçısının digər sərəncamı ilə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar