Bu günə qədər bələdiyyə seçkiləri ilə bağlı 37 120 nəfərin namizədliyi qeydə alınıb.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov açıqlayıb.
İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyədən 1596 bələdiyyə üzrə namizədlərin qeydiyyatı tam başa çatıb. Namizədlərin 25 faizi qadın, 75 faizi kişidir.
Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru noyabrın 29-da başa çatır. 23 dekabr 2014-cü ildə bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 1607 bələdiyyə keçiriləcək. Bələdiyyə seçkiləri nəticəsində 15035 bələdiyyə üzvü seçiləcək.