Bələdiyyə üzvlüyünə namizədlərin verilməsi sabah başa çatır
21 noyabr 2014 17:54 (UTC +04:00)

Bələdiyyə üzvlüyünə namizədlərin verilməsi sabah başa çatır

 

 

“Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi müddəti noyabrın 22-də saat 18:00-da başa çatır. İndiyə qədər 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb”. APA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

M. Pənahov bildirib ki, namizədliyini irəli sürənlərin 25 387 nəfəri kişi, 8753 nəfəri (34 faiz) qadındır. Namizədliyini irəli sürənlərin 22 min nəfəri ali təhsillidir: “İndiyə qədər namizədliyi qeydə alınanların sayı 29 minə yaxındır. Nəzərə alsaq ki, bu seçkilər zamanı 15035 bələdiyyə üzvü seçilməlidir, deməli, hazırda 1 yerə 2 nəfər namizəd iddialıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Oxşar yazılar