BAXCP sədri ABŞ səfiri ilə görüşüb
04 sentyabr 2015 14:53 (UTC +04:00)

BAXCP sədri ABŞ səfiri ilə görüşüb

0

Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi mənzil qərargahında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.

Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsi, ictimai-siyasi vəziyyət və seçki öncəsi durum barədə müzakirə aparılıb.

Görüşdə ABŞ səfirliyinin siyasi müşaviri Syuzan Çesli və BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli də iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar