Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni struktur vahidlərinin yaradılması və təyinatlarla bağlı bir neçə əmr imzalayıb. Bu barədə Lent.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. BAXCP sədrinin əmrinə əsasən, partiyada Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katiblik yaradılıb və Yaşar Kələntərli təşkilati işlər üzrə katib vəzifəsindən azad edilərək BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katibi vəzifəsinə təyin olunub. Partiyanın təşkilati işlər üzrə katibi vəzifəsinə isə Bünyamin Qəmbərli təyin edilib.