Baş Prokurorluq sabiq millət vəkili Gülər Əhmədova barəsində seçilmiş qətimkan tədbirinə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, qeyd edilən cinayət işi üzrə Gülər Əhmədova təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
E. Sultanov istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın veriləcəyini bildirib.