Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1200 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Məlumatda o da bildirilir ki, ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
***
15:47
Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.
APA-nın xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.