Gənclər və İdman Nazirliyinin və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə 21-24 dekabrda Bakıda GUAM ölkələri Gənc Liderlərinin Forumu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin məqsədi GUAM ölkələri gənc liderləri arasında əməkdaşlıq əlaqələrinin və mübadilənin gücləndirilməsi, Avropa Şərq Tərəfdaşlığının proqramlarında fəal iştirakının təmin olunması, GUAM ölkələrinin Milli Şuraları arasında əməkdaşlığın təkmilləşdirilməsi, həmçinin sözü gedən ölkələrin gənclər siyasətinin inkişafı sahəsində müzakirələr aparılmasıdır.
Forumda əsasən “hərbi və etnik münaqişələr”, “gənclər təşkilatlarının fəaliyyəti”, “gənclərin sahibkarlıq fəaliyyəti” və “sosial media və internet” mövzuları üzrə işçi qruplarda müzakirələr keçiriləcək və gələcək əməkdaşlıq üçün yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcək.
Forumda Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın gənc liderləri, sözügedən ölkələrin gənclər siyasətinə məsul olan dövlət strukturlarının və həmin ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edəcək.
Forumun rəsmi açılış mərasimi 22 dekabr saat 10: 00-da “Qafaqaz Point” Mehmanxanasının konfrans zalında keçiriləcək.
Bakıda “GUAM ölkələri Gənc Liderlərinin Forumu” keçirilir
0
0
0
0