Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırdı
10 sentyabr 2015 12:50 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırdı

0

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, BŞİH müraciətə müsbət cavab verərək, partiyaya qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini ayırıb.

 

Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar