Bahar Muradova Xədicə İsmayılovanın həbsinə münasibət bildirib
08 dekabr 2014 11:23 (UTC +04:00)

Bahar Muradova Xədicə İsmayılovanın həbsinə münasibət bildirib

0
“Jurnalist Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin etirazla qarşılanmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bununla bağlı ölkə xaricində və ölkə daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil: “Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil".


B.Muradova bildirib ki, Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır: “Bu onların arasında plan fərdi problemdir. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ DÖvlət Departamenti bu məsələlərin olub-olmaması ilə bağlı narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar