“Kəndlərdən əhali şəhərlərə axışıb gəlir, bu da bizi narahat edir”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisdə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun layihəsinin müzakirəsi zamanı vitse-spiker Bahar Muradova söyləyib.
Bahar Muradova deyib ki, kəndlərə, kəndlərə bənzəyən qəsəbələrə status verilməlidir ki, şəhər kimi infrastruktur yaradılsın: “Məsələn, bir neçə il əvvəl Horadizdə kanalizasiya belə yox idi. Ancaq prezidentin Horadizə son səfəri zamanı işğaldan azad edilmiş bu qəsəbənin nə dərəcədə dəyişdiyinin şahidi olduq. Bu gün yaradılan Pirallahı rayonu 3 adadan ibarətdir. Bir inzibati qurum yaradılmalıdır ki, bu qəsəbələr inkişaf etsin. Məmurlar barədə də mənfi rəy yaratmaq düzgün deyil. Məmur kimdir? Məmur siz, biz, bacı-qardaşlarımızdır. Məmurlar haqqında qıcıqlandırıcı fikir oyatmaq düzgün deyil”.
Ramiz