Azərbaycanlı yazar İstanbulda unikal aksiyaya başlayıb
25 sentyabr 2014 10:21 (UTC +04:00)

Azərbaycanlı yazar İstanbulda unikal aksiyaya başlayıb

Azərbaycanlı yazar Kəbutər Haqverdi şəxsi təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində yalançı erməni soyqırımına etiraz olaraq imzatoplama kampaniyasına başlayıb.

 

Bu barədə Lent.az-a açıqlama verən yazar bildirib: “Ermənilərin 2015-ci ildə yalançı erməni soyqırımı iddialarının 100 illiyinə hazırlıqlarına “Dur!” demək lazımdır. Hətta Hollivud bu yalanı dəstəkləyərək film çəkir”.

 

Kəbutər Haqverdi bildirib ki, artıq üç gündür, İstanbul küçələrində bununla bağlı imza toplayır: “Hər günün imzaları ayrıca toplanır və vərəqlər sancaqlanır. İnsanlar yalançı erməni soyqırımı – 100 ideoloji yürüşünə qarşı etiraza çoşqu ilə qatılırlar və mobil telefon nömrələrinə kimi imzalarına əlavə edirlər. Bir milyon imza toplamağı və bunu hardasa iki aya başa çatdırmağı düşünürəm. Universitetlərə, partiyalara müraciətlər hazırlamışam. Bir milyon imzaya Xocalı hadisələrindən bəhs edən video və digər sənədli materiallar da əlavə edilərək, ABŞ senatına göndəriləcək”.

 

Qeyd edək ki, Kəbutər Haqverdi bir neçə ildir ki, İstanbulda yaşayır və orada özünün Xocalı hadisələrinə həsr etdiyi “Qar qan rəngindəydi o gecə” və “Cənnətdən sürgün” romanları ilə tanınır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1181

Oxşar yazılar