Dünən “Azadlıq” radiosunun Belarus bürosunun “Ekspertiza Svobodı” verilişi bloger Aleksandr Lapşinin Minskdən Bakıya ekstradisiyasına həsr edilib. Lent.az-ın məlumatına görə, verilişin aparıcısı Dmitriy Qurneviç məsələylə bağlı vesti.az-ın baş direktor müavini Zaur Nurməmmədov və erməni vəkil Simon Babayanla əlaqə saxlayıb.
Diskussiya zamanı Zaur Nurməmmədov erməni vəkili fakt qarşısında qoyub. Babayanın “Lapşin heç vaxt Azərbyacanın qorunan sərhədini pozmayıb fikrinə cavab olaraq Nurməmmədovun cavabı korrekt olub:
“Eər həmin ərazi işğal altıdadırsa necə qoruna bilər? Və həm də Ermənistan nədən Lapşini belə canfəşanlıqla müdafiə edir?”
Azərbaycanlı jurnalist daha sonra bildirib ki, Lapşin hər yerdə separatçıların mövqeyinin müdafiəçisi kimi çıxış edir. “O, Dağlıq Qarabağın Azərbaycandan ayrılıb müstəqil dövlət yaratmasının tərəfdarıdır. Amma undur ki, Qarabağ həmişə Azərbaycanını bir hissəsi olub”.
Nurməmmədov onu da bildirib ki, əgər qondarma “DQR” müstəqil dövlətdirsə, nədən onun vətəndaşları bütün dünyanı Ermənistan pasportu ilə gəzirlər? Və nəhayət, bu “müstəqil dövlət” özü niyə Lapşini müdafiə etmir? Bunu onun əvəzində Ermənistan edir?”
Jurnalist daha sonra bildirib ki, Ermənistan hakimiyyəti odun üstünə yağ tökməklə məşğuldur.
“Lapşin Azərbaycan qanunlarını pozub. Azərbaycan İnterpola sorğu göndərib və sorğu təmin edilib. Belarus da beynəlxalq qanunlara görə, verilən sorğuya uyğun hərəkət edərək Lapşini Azərbaycana verib. Bu məsələnin Ermənistana ümumiyyətlə dəxli yoxdur” deyə, Zaur Nurməmmədov bildirib.
Lapşinlə bağlı interpola hər hansı müraciətin verilməməsinə dair Babayanın radio müsahibəsini şərh edən Z.Nurməmmədovun qeyd etdiyi kimi, belə bir müraciət faktı Belarus rəsmiləri tərəfindən də təsdiq olunur: "Belə bir müraciətin verilməməsi barədə iddialar sübut edilməlidir. Çünki burada prezident Aleksandr Lukaşenko başda olmaqla Belarus hakimiyyətinə qarşı ciddi ittihamdan söhbət gedir".