Azərbaycanla İran arasında sadələşdirilmiş sərhədkeçmə dayandırıldı
21 dekabr 2012 18:13 (UTC +04:00)

Azərbaycanla İran arasında sadələşdirilmiş sərhədkeçmə dayandırıldı

0

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında qanunu təsdiq edib.
 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2005, №4, maddə 288) ləğv edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1255

Oxşar yazılar