“Hakimiyyətdən asılı olmayaraq biz dövlətlə işləyirik”.
Kim dövlətin rəhbəri olsa, biz onunla işləyəcəyik”. Bu açıqlamanı APA-ya Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev verib.
Səfir vurğulayıb ki, hakimiyyətdə olan şəxslərdən çox şey asılıdır: “Əlbəttə maraqlar çox və ya az ola bilər, amma ümumilikdə bu ölkənin xarici siyasəti var. Düşünürəm ki, rəhbərlikdə kimin olmasından asılı olmayaraq Misirin Azərbaycana marağı azalmayacaq. Əksinə bu maraq daha da arta bilər, çünki Azərbaycanın dünyada yeri güclənir. Bizim da bu ölkəyə marağımız var, düşünürəm ki, əməkdaşlığımız davam edəcək”.