Azərbaycan XİN Kataloniyadakı referenduma münasibət bildirdi
02 oktyabr 2017 10:20 (UTC +04:00)

Azərbaycan XİN Kataloniyadakı referenduma münasibət bildirdi

 

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Kataloniya bölgəsində keçirilmiş referenduma münasibət bildirib.

 

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir: "Biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq".

 

Qeyd edək ki, ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb. Kataloniya hökumətinin verdiyi məlumata görə, polislə toqquşmalarda 844 nəfər xəsarət alıb. İspaniya Daxili işlər nazirliyi toqquşmalar zamanı 33 asayiş keşikçisinin yaralandığını bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar