Azərbaycan və Qafqaz regionunun əsas aktorları
22 sentyabr 2014 15:21 (UTC +04:00)

Azərbaycan və Qafqaz regionunun əsas aktorları

Bu gün Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin mühüm tərkib hissələrindən birini region dövlətləri ilə qarşılıqlı əlaqələr təşkil edir. Həmçinin region dövlətləri üçün də Cənubi Qafqazın istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal dövləti olan Azərbaycan Respublikası ilə əlaqələr xüsusi prioritet təşkil edir.

Cənubi Qafqaz regionu dedikdə, Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərini əhatə edən, İran, Rusiya və Türkiyə arasında, Böyük Qafqaz sıra dağlarının cənubunda coğrafi-siyasi bölgə nəzərdə tutulur. Şərqi Avropada yer alan Azərbaycanın Şimal-şərq seqmenti xaricində, Cənubi Qafqazın çoxu coğrafi olaraq Cənub-Şərqi Asiyada yerləşir. Buna baxmayaraq siyasi baxımdan bölgə tamamilə Şərqi Avropanın bir hissəsi olaraq tanınır.

Beləliklə, yuxarıda qeyd olunan 3 Cənubi Qafqaz ölkəsi və 3 regional qonşu dövlət burada vacib rol oynayan əsas aktorlar hesab olunur. Cənubi Qafqaz dövlətləri içərisində isə həm strateji mövqeyinə, həm siyasi, iqtisadi, hərbi və s. sahələrdəki gücünə, həm də yüksək potensialına görə birinci olan respublikamızın digər 5 aktorla münasibətləri müasir siyasi strategiyanın ən mühüm istiqamətlərindəndir.

Məlum olduğu kimi, dünya düzənində baş vermiş dəyişikliklərdən sonra müstəqil dövlətə çevrilən Azərbaycan həm beynəlxalq aləmdə, həm də region dövlətləri ilə münasibətlərdə tarazlığın gözlənilməsinə çox böyük önəm verir. Ona görə də xarici siyasətdə atdığı hər bir addımda digər dövlətlərin də mövqeyini nəzərə alır.

Bu da ölkənin müstəqilliyinin, ərazi bötovlüyünün qorunub saxlanması, təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.

Ləman Xəlilova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536
avatar

Oxşar yazılar