“Viza rejiminin aradan qaldırılması iki ölkə arasında əlaqələrinin inkişafında mühüm rol oynayar”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən RuhaniAzərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
H. Ruhani bildirib ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun birləşdirilməsi çox mühümdür: “Sonrakı mərhələdə Astara-Rəşt dəmir yolunun çəkilməsi vacibdir. Azərbaycan və İran Rəşt dəmir yolu layihəsində 50 faiz olmaqla müştərək iştirak edəcək, bərabər səviyyədə bu layihəni maliyyələşdirəcək”.