APA-nın məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edilib. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.