Milli Məclisin və müdafiə komitəsinin növbəti iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi baxılıb. Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, sazişin əhatə dairəsi, anlayışlar, səlahiyyətli orqanlar, təhlükəsizlik üzrə təsnifatın dərəcələri və qriflər, məxfi məlumata buraxılış, təhlükəsizlik qaydaları və digər maddələr öz əksini tapıb. Qanun layihəsi Azərbaycan dövlətinin maraqlarına cavab verib və mühüm əhəmiyyətə malik olub.
Müzakirələr zamanı komitə üzvləri qanun layihəsi barədə rəy və təkliflərini bildiriblər, sənədin əhəmiyyətindən danışılıb.
Sonda qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.