“Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin növbəti müzakirə mərhələsi gələn həftə keçiriləcək”.
	 
	Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas APA-ya açıqlamasında deyib. 
	
	Səfir bildirib ki, müzakirə mərhələsi 26-27 oktyabrda Bakıda baş tutacaq: “Bu görüşdə sazişin bütün detallarına dair intensiv danışıqlar olacaq”.