Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyev açıqlamasında Baş konsulluğun əməkdaşlarını, onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, İŞİD terrorçularının girov götürdüyü 49 Türkiyə vətəndaşı 101 gün sonra girovluqdan azad olunub.