Davudoğlu: <span style="color:red;">"Birinci evimdə-Bakıda  olmaqdan qürur duyuram"
19 sentyabr 2014 13:59 (UTC +04:00)

Davudoğlu: "Birinci evimdə-Bakıda olmaqdan qürur duyuram"

“Türkiyə Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinin hamısına dəstək verəcək”. Lent.az-ın məlumatına görə, bunu bu gün Bakıda prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında baş nazir Əhməd Davudoğlu bildirib. O qeyd edib ki, başa çatan layihələr yeni layihələrə yol açacaq: “İki ölkə arasındakı 5 milyard dollarlıq ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırmaq niyyətindəyik”.

 

Davudoğlu prezident İlham Əliyevlə iki tərəfli  danışıqlarda müdafiə sənayesi sahəsindəki əməkdaşlığın üzərində xüsusilə durduqlarını bildirib: “Müdafiə sənayesi bizim üçün strateji sahədir. Müdafiə sənayesində də Türkiyə və Azərbaycan bir çox birgə layihələr reallaşdırmağa qərarlıdır”.

 

Baş nazir onu da vurğulayıb kİ, ikinci ana vətənində deyil, birinci evində- Bakıda  olmaqdan qürur duyur: “Türkiyə Respublikasının baş naziri olaraq da hər zaman Azərbaycanın və azərbaycanlı qardaşlarımın yanında olacağımızı bir daha bildirirəm”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar