Azərbaycan Rusiyadan təlim-döyüş təyyarələri alacaq
29 iyul 2014 14:11 (UTC +04:00)

Azərbaycan Rusiyadan təlim-döyüş təyyarələri alacaq

Rusiya Azərbaycana Yak-130 (NATO kodu «Mitten») təlim-döyüş təyyarələrinin ixracına hazırlaşır.

 

Bu barədə APA-ya təyyarənin istehsalçısı olan «İrkut» şirkətindən məlumat verilib.

 

Rusiya tərəfi təyyarənin Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimatını keçirib.

 

Ötən il Rusiyada səfərdə olan Azərbaycanın hərbi pilotları təyyarədə uçuşlar həyata keçirib, texniki-taktiki göstəriciləri ilə yaxından tanış olublar.

 

«Bəzi prosedurlar həyata keçirilir. Düşünürük ki, Azərbaycan yaxın gələcəkdə Yak-130 istifadəçisi olan ölkələr siyahısında yer alacaq», - deyən şirkət nümayəndəsi Azərbaycanın konkret olaraq neçə təyyarə alacağını açıqlamayıb.

 

İkiyerli təlim-döyüş təyyarəsi olan Yak-130 "4++" və "5"-ci nəsil döyüş təyyarələrinin pilotlarının hazırlanması üçündür.

 

Təyyarənin silahlanmasında idarə olunan və olunmayan raketlər yer alır. Hazırda bu təyyarələr Rusiya, Belarus və Əlcəzairin silahlanmasında yer alır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149
avatar

Oxşar yazılar